Fermerlərə 63,2 milyon manat subsidiya veriləcək
08 avqust 2019 10:29 (UTC +04:00)

Fermerlərə 63,2 milyon manat subsidiya veriləcək

Azərbaycan fermerlərinə daha 63 milyon 215 min 300 manat subsidiya ödəniləcək.
 
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Respublika Komissiyası dövlət büdcəsinin vəsaiti hesabına 31 rayon (şəhər) üzrə 278419 istehsalçıya 907997,97 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 62127,7 min manat, 9 rayon (şəhər) üzrə 2100 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 217529,2 kiloqram yaş baramaya görə 1087,6 min manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.
 
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət  Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.
 
Ümumilikdə, 2019-cu ildə Respublika Komissiyası 59 rayon (şəhər) üzrə 383665 istehsalçıya 1214259,08 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83240,7 min manat, 36 rayon (şəhər) üzrə 5543 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 624427,65 kiloqram yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına 3122,1 min manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib.   
 
Respublika Komissiyası qeyd edilənlərlə yanaşı, 23 satıcı təşkilata 92137 istehsalçıya 388450,29 hektara görə satılmış mineral gübrələrin qiymətinə tətbiq edilən 36447,4 min manat, 64757 istehsalçıya 253427,94 hektara görə satılan pestisidlərin  qiymətinə tətbiq edilən 8132,3 min manat, cəmi 44579,6 min manat məbləğində güzəştin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə qərar verib.
# 726
avatar

Oxşar yazılar