
Avropa Komissiyası Türkiyədəki suriyalı qaçqınlara pul ayırdı
Avropa Komissiyası "Aİ-nin Türkiyədəki qaçqınlar üçün mexanizmi" çərçivəsində Türkiyədəki suriyalı qaçqınlara 127 milyon avro ayırıb.
APA-nın Avropa Komissiyasının saytına istinadən verdiyi xəbərə görə, bu vəsaitlə təşkilatın “Sosial Uyum Yardımı” proqramına verdiyi ümumi maddi dəstək 1.25 milyard avroya çatıb.
Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə kommisarı Kristos Stilianidis bildirib ki, Aİ Türkiyə və qaçqınlarla bağlı öhdəliklərini yerinə yetirir. Aİ komissarı qeyd edib ki, yeni maliyyə dəstəyi 1.6 milyon suriyalı qaçqın üçün nəzərdə tutulub.
Qeyd edək ki “Sosial Uyum Yardımı” proqramı çərçivəsində suriyalı qaçqınlara xüsusi debit kartlar verilib və bu kartlar vasitəsilə onlar hər ay maddi yardım alırlar. Sözügedən kartlar yalnız Türkiyə daxilində istifadə oluna bilər və istifadəçilərə ciddi nəzarət olunur.
Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20