Cəbhəboyu zonadakı hərbi hissələrdə məşğələlər keçirilib - VİDEO
02 avqust 2019 10:12 (UTC +04:00)

Cəbhəboyu zonadakı hərbi hissələrdə məşğələlər keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və ön xətt bölmələrində komandir-rəis heyəti ilə ideoloji iş və mənəvi-psixoloji təminatın, eləcə də hərbi intizamın möhkəmləndirilməsi sahəsində işin səmərəliliyinin artırılması məqsədilə təlim-metodiki məşğələlər keçirilib.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Keçirilən məşğələlərdə və aparılan müzakirələrdə komandir-rəis heyətinə ideoloji iş və mənəvi-psixoloji təminat sahəsində rəhbər sənədlərin hazırlanması, həmçinin onların icrası ilə bağlı nəzəri və praktik köməklik göstərilib.


Cinayət və digər hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin effektivliyinin artırılması üçün müvafiq tövsiyələr verilib.

 

 

 

# 460
avatar

Aygün İbrahimli

Oxşar yazılar