Bakıda qızıl və gümüş medal alan məzunların sayı <span style="color:red;">AÇIQLANDI
01 avqust 2019 11:31 (UTC +04:00)

Bakıda qızıl və gümüş medal alan məzunların sayı AÇIQLANDI

Bakı məktəblərinin məzunları qızıl və gümüş medalla təltif olunub.
 
Bu barədə Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən Lent.az-a məlumat verilib.
 
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i gümüş medala layiq görülüb.
 
Əmrdə  ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Ümumilikdə respublika üzrə bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si  qızıl, 67-si isə gümüş medalla təltif olunub.
 
Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası”na əsasən  müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017

Oxşar yazılar