893
17:22
30 İyul 2019

"O əsəbi olanda aramız yaxşı olmur" - İradə İbrahimova

Müğənnilikdən uzaqlaşan İradə İbrahimova sosial şəbəkədə yeni şəkillərini paylaşıb.

Lent.az -ın məlumatına görə, ifaçı fotolarına öz düşüncələrini də yazıb: “Günəşdən gizlənmirəm, sadəcə o əsəbi olan zaman aramız yaxşı olmur. İnsanlarla da beləyəm. Sakitləşəndə görüşürük. İstiliyini bişirmədən, qovurmadan hiss etdiyim və sarısına eynəksiz, çılpaq gözlə baxa bildiyimdə təkrar görüşürük. Baxmayaraq ki, o mənim yol yoldaşımdır, hər sabah hətta gecələri ayla birlikdə yan-yana getdik və gəzməyə davam edəcəyik. Əgər nəsibdirsə. Qış günəşini daha çox sevirəm. Qış günəşi insanın içini bir başqa isidir, qucaqlayır. Bezi insanları günəşə çox bənzədirəm. Uzaqdan işığıyla, istiliyi ilə sanki insanı qucaqlayır, girdiyi məkanı işıqlandırır, isidir. O insanları üzməyin, qırmayın, çoxalsınlar”.