“Sarı zolaq”la bağlı sürücülərə protokol yazılmayıb - <span style="color:red;">Vaqif Əsədov
29 iyul 2019 12:01 (UTC +04:00)

“Sarı zolaq”la bağlı sürücülərə protokol yazılmayıb - Vaqif Əsədov

 
 
 
"Baku-2019 - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı bəzi küçə və prospektlərdə tətbiq edilmiş “sarı zolaq” qadağası qüvvədən düşüb”. 
 
Bunu APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 
 
O qeyd edib ki, bir neçə fakt istisna olmaqla, “sarı zolaq”la bağlı sürücülərə hər hansı bir inzibati protokol tərtib olunmayıb: “Bu da o deməkdir ki, sürücülər paytaxtımızda keçirilən tədbirinin əhəmiyyətini düzgün qəbul edərək polislə həmrəylik nümayiş etdirib. Buna görə bütün sürücülərimizə təşəkkür edirik”. 
 
Qeyd edək ki, iyulun 20-dən 28-dək Baku-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağan edilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051

Oxşar yazılar