
Rusiyanın tanınmış müğənnisi İçərişəhərdə - FOTOSESSİYA
"JARA-2019" Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya gəlmiş Rusiyanın Xalq artisti Filipp Kirkorov İçərişəhərdə olub.
Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, müğənni İçərişəhərdə məşhur "Brilliant əl" filminin çəkildiyi küçəyə gedib, dadlı Azərbaycan mətbəxinə qonaq olub. Müğənni milli mətbəxdən olan qutabları daha çox bəyənib.
Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Bakıda keçiriləcək. Bu mötəbər festivalda Layma Vaykule, Jasmin, Qriqoriy Leps, Loboda, Timati, Serqey Lazarev, Valeriya və digər məşhur müğənnilər iştirak edəcəklər.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06