
Narkotik yetişdirən dəstə yaxalandı
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Gərəkli kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 900 ədəd çətənə bitkisi aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Gərəkli kənd sakinləri Eşqin və Dibirov Motuxov qardaşları, Anar Umarov, Oqtay Gülüyev, Araz Quliyev, Rasim Xəlilov, həmçinin Balakən şəhər sakini Natiq Dibirov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər ifadələrində əvvəlcədən bir qrup şəxs halında birləşərək, meşəlik ərazidə narkotik tərkibli bitkiləri yetişdirib, daha sonra qazanc əldə etmək məqsədilə satmaq istədiklərini bildiriblər.
Faktla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Oxşar yazılar

Yekaterinburqdakı azərbaycanlıların öldürülməsi və işgəncəyə məruz qalmaları ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
1 iyul 2025 , 12:55
Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb -FOTOLENT -VİDEO
1 iyul 2025 , 12:53
Şirvan kanalında 91 yaşlı kişi, Qarabağ kanalında yeniyetmə batdı - VİDEO
1 iyul 2025 , 12:41
Yekaterinburqda öldürülən Ziyəddinin qabırğalarından biri tapılmayıb - RƏSMİ
1 iyul 2025 , 11:51
Sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutulub
1 iyul 2025 , 11:24
Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28