
Yük maşını hasara çırpıldı: iki azyaşlı...
Şəki şəhərində yük maşını hasara çırpılıb, iki azyaşlı xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində şəhərin Gəncəli məhəlləsində qeydə alınıb.
Əraziyə torpaq aparan “ZİL” markalı yük maşını idarə etmədən çıxaraq yolun kənarındakı hasara çırpılıb. Qəza baş verən zaman yük maşınının banında olan torpaq kütləsi zərbənin gücündən dağılaraq ərazidə olan uşaqların üzərinə tökülüb.
Hadisə zamanı xəsarət alan 2009-cu il təvəllüdlü İsmayıl İlqar oğlu Babayev və 2007-ci il təvəllüdlü Mirağa Taleh oğlu Mehdiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Tibb müəssisəsindən bildirilib ki, yaralıların müayinəsi aparılır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Beyləqanda yeniyetmə kanalda batdı
3 iyul 2025 , 16:18Şəmkirdə su anbarında batan gənc qızın meyiti tapıldı
3 iyul 2025 , 16:13
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
3 iyul 2025 , 16:02
Novxanı və Görədildə bağ evlərindən oğurluq edənlər saxlanıldı - VİDEO
3 iyul 2025 , 16:00
İzmirdə yanğın fəlakəti - FOTOLENT
3 iyul 2025 , 15:17
Məktəb direktoru faciəvi şəkildə öldü
3 iyul 2025 , 14:00
Lənkəran sakini arvadını ağacla döyüb özünü öldürdü
3 iyul 2025 , 13:54
Ağcabədidə kanaldan 17 yaşlı oğlanın meyiti tapıldı
3 iyul 2025 , 13:18