
Musa Pənahov yeni vəzifəsindən DANIŞDI
Keçmiş nəqliyyat nazirinin müavini Musa Pənahov Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.
Bunu APA-ya eksklüziv açıqlamasında Musa Pənahov bildirib.
O qeyd edib ki, Baş Nazir Novruz Məmmədovun müvafiq sərəncamı ilə Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.
Qeyd edək ki, M. Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb. 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli sərəncamı ilə nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib və 13 fevral 2017-ci il tarixə qədər bu vəzifəni tutub.
Prezident İlham Əliyevin 13 fevral 2017-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48