Türkiyədə yanan gəmi SOCAR-ın deyil - RƏSMİ
02 iyul 2019 12:04 (UTC +04:00)

Türkiyədə yanan gəmi SOCAR-ın deyil - RƏSMİ

Dünən axşam saat 23:20 radələrində Petkim limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq  üçün yaxınlaşan zaman  İtaliya bayraqlı , “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib. Bu barədə "APA-Economics"ə “SOCAR Türkiyə”dən bildirilib. 
 
"Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülmüş, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir", - “SOCAR Türkiyə”dən qeyd olunub.
 
Məlumata əsasən, bütün  gəmi əməkdaşları təxliyə edilmiş; yaralı bir gəmi əməkdaşı vəfat etmiş , qazdan zəhərlənən bir nəfər isə  müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilmişdir. Yanğının səbəbi araşdırılır.
 
Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb.
# 1384
avatar

Oxşar yazılar