
Girovlar dəyişdirildi: Elvin İbrahimov Azərbaycanda
Ermənistanda saxlanılan azərbaycanlı Elvin İbrahimov Azərbaycana qaytarılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.
Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.
Oxşar yazılar

Ağstafada 20 yaşlı qız dəm qazından zəhərləndi
25 may 2025 , 22:43
Ağstafada 34 yaşlı kişi kafedə bıçaqlandı-YENİLƏNİB
25 may 2025 , 21:47
Batan avtomobili çəkən traktor aşdı-Ölən və yaralanan var
25 may 2025 , 19:47
Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB
25 may 2025 , 18:43
Gəncədə 27 yaşlı oğlan bıçaqlandı
25 may 2025 , 14:55
Hacıqabulda FACİƏ: balıq gölündə boğuldu
25 may 2025 , 11:15
Bakıda 19 yaşlı qız binadan yıxıldı
24 may 2025 , 22:35
Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü
24 may 2025 , 21:37