
Seçicilərinin Çingiz Qənizadəyə ŞİKAYƏTLƏRİ...
Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonu, Məmmədli-Əliyetməzli kəndinin sakinləri ilə görüşüb.
Lent.az xəbər verir ki, deputat görüşdə onların problemlərini dinləyib.
Sakinlər deputatla kənddə kombayn çatışmazlığı, kənd yollarının bərbad olması, eyni zamanda kəndin qazlaşdırılması məsələsində yaranan problemlərlə bağlı şikayət ediblər.
Seçicilər yaxın bir neçə kənddə, o cümlədən Allahmədətli və Əliyetməzlidə qaz olmadığını da bildiriblər. Bununla bağlı deputatdan aidiyyatı qurumlara müraciət etməsini xahiş ediblər. Çingiz Qənizadə əlavə olaraq qeyd edib ki, bir neçə dəfə qaldırılan məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib. Deputat şikayətlərin haqlı olduğunu da deyib.
Sakinlər tərəfindən kənd yollarının hamarlanması üçün qreyder kombaybnlarına ehtiyac olduğu da vurğulanıb. Bildirilib ki, magistraldan kəndə gələn yol çox uzun və bərbaddır. Əvvəllər mövcud olan yol xəttinin bərpa olunaraq kənddən magistrala çıxarılması da xahiş olunub. Deputat qaldırılan məsələlərlə bağlı rayon rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edəcəyini bildirib.
Daha sonra Çingiz Qənizadə son vaxtlar cənab prezident İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyətindən danışıb. Son günlərdəki sosial yönümlü addımların insanlar üçün zəruriliyini qeyd edib.
Deputat görülən işlərin davamlı xarakter daşıdığını da vurğulayıb. Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi, eləcə də parlament fəaliyyəti barədə ətraflı məlumat verib.
Parlament üzvü, sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16