Bəhram Bağırzadə və Tahir İmanovdan <span style="color:red;">YENİ VİDEO
27 iyun 2019 10:59 (UTC +04:00)

Bəhram Bağırzadə və Tahir İmanovdan YENİ VİDEO

Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov yeni çəkdikləri video çarxla məmurlara sataşıblar.

Lent.az-ın məlumatına görə, aktyor Bağırzadənin sosial şəbəkədə paylaşdığı videoda Tahir İmanov vəzifədə olan məmur obrazını canlandırıb.

"27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox. Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Camaat var oğurlayır, oğurlayır, oğurlayır. Mən cəmi 32 milyon oğurladım. Özü də dollarla" deyə, İmanov deyib.

 

# 959
avatar

Yalçın UĞUR

Oxşar yazılar