Minskdən ŞAD XƏBƏR: boksçularımız...
25 iyun 2019 15:57 (UTC +04:00)

Minskdən ŞAD XƏBƏR: boksçularımız...

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının beşinci gününə start verilib.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, “Uruçye Arena”nın rinqinə öncə 60 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular çıxıb.
 
Dəri əlcək sahibləri 1/8 final mərhələsində qüvvələrini sınayıblar. Azərbaycan yığmasının üzvü Cavid Çələbiyev də növbəti döyüşünü keçirib. Dünya çempionumuz Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan təmsilçimiz 1/4 finala yüksəlib.
C.Çələbiyev 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. Boksçumuz Cordan Rodriges (Fransa) – Otar Eranosyan (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.
 
Qeyd edək ki, C.Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.
# 798
avatar

Oxşar yazılar