Hədə-qorxu ilə pul alan şəxs "iş" üstündə yaxalandı
22 iyun 2019 15:34 (UTC +04:00)

Hədə-qorxu ilə pul alan şəxs "iş" üstündə yaxalandı

Bakı şəhər sakini P.Kərimli hədə-qorxu yolu ilə A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, iyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini A.Qasımov 2018-ci il oktaybr ayının 15-də hədə-qorxu yolu ilə ondan 13.000 manat pul tələb edildiyini bildirib.

Müraciətlə əlaqədar Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanıb.

P.Kərimli barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi  başlanıb.


Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

 

 

 

 

# 530
avatar

Aygün İbrahimli

Oxşar yazılar