
Nazir tədris ilinin iyunun 14-də bitməsi ilə bağlı narazılıqlara münasibət bildirdi
"Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2015-ci ildən etibarən tədris ili sentyabrın 15-i başlayır və iyun ayının 14-dək davam edir. Yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün hesablanır. Bu illər ərzində tənzimlənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil oluna bilsin".
APA-nın məlumatına görə, bu sözləri Təhsil naziri Ceyhun Bayramov tədris ilinin iyunun 14-də bitməsi ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, dərs ilinin müddətinin dəyişdirilməsi məsələsində orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb: "Sentyabr ayının ilk iki həftəsi ilə iyun ayının ilk iki həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən son 10 ilin temperaturu nəzərə alınıb".
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20
Bu yerlərə leysan yağacaq
15 iyul 2025 , 14:56