
AQTA sədri: ”Qida təhlükəsizliyi sahəsində məsuliyyət sahibkarın üzərinə düşür"
“Bəzi KİV-lərdən görürəm ki, qida təhlükəsizliyi sahəsində olan pozuntuları qida sahəsinə nəzarət və tənzimləmə funksiyasını həyata keçirən Qida Təhlükəsizliyi Agentliyindən umurlar. Mən rəsmi olaraq bəyan edirəm ki, yüz faizli məsuliyyəti sahibkar daşıyır, nəzarət və tənzimləmə sistemini isə Agentlik həyata keçirir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, bu sahədə dövlət orqanından həddindən artıq çox şey umulmamalıdır: "Tam tərsinə, bu sahədə funksiyaları həyata keçirən orqanla yanaşı, istehlakçı və vətəndaş olaraq hər birimiz qida təhlükəsizliyi sahəsində nəzarətçi funkisiyasını həyata keçirməliyik ki, bütün məsələlər həllini tapsın.
Dünya qida sənayesində əsas nəzarət funksiyası ictimai nəzarətdir. Ən yaxşı qida təhlükəsizliyi nəzarətçisi vətəndaşlardır".
Oxşar yazılar

"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24