
Sumqayıtda tikilən karbamid zavodunun bu tarixdən SOCAR-ın idarəçiliyinə keçəcək
Sumqayıtda yerləşən karbamid zavodu bu ilin iyunundan SOCAR-ın idarəçiliyinə keçəcək.
"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "SOCAR Carbamid" zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.
Onun sözlərinə görə, hazırda zavodu inşa edən “Samsung Engineering” şirkəti tərəfindən sözügedən müəssisənin təhvil-təslim prosesi gedir və iyunun 20-dən zavod tam SOCAR tərəfindən idarə olunacaq.
X.Cəfərov onu da bildirib ki, bu ayın əvvəlindən zavod məhsul istehsalını dayandırıb, lakin iyunun 20-dən müəssisə fəaliyyətini bərpa edəcək.
Qeyd edək ki, Sumqayıtda inşa edilən karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodunun ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06