“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə" adlı tədbirlərin keçirilməsi” layihəsinə yekun vuruldu
İyunun 11-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının rezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yevlax şəhidləri şəhid övladlarının gözü ilə" adlı tədbirlərin keçirilməsi” layihəsinin yekunu ilə bağlı tədbir keçirib.
İctimai Birlikdən Lent.az-a verilən məlumata görə, Yevlax şəhər 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Yevlax şəhidləri Şahgəldiyev Muxtar Knyaz oğlu və İbrahimov Kənan Eldar oğlu barədə şagirdlərin məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə sual-cavab formatında müzakirələrin
aparılıb.
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov deyib ki, dövlət şəhid ailələrinin sosial təminatı məsələlərini diqqət mərkəzində saxlayır. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri cəmiyyətin, gənc nəslin də şəhid ailələrinə hər zaman diqqətli yanaşmasının vacib olduğunu vurğulayıb. R. Cürənov “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin şəhidlərin tanıdılması, şəhid ailələrinə cəmiyyətin diqqət və qayğı ilə yanaşması ilə əlaqədar gələcəkdə də bu istiqamətdə Yevlax rayonu və Azərbaycanın digər bölgələrində layihələrin həyata keçirilməsinin planlaşdırıldığını nəzərə çatdrıb.
Tədbir müzakirələrlə davam edib.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27