
Bərdədə təcili yardım maşınına hücum oldu: tibb işçiləri xəsarət aldılar
Bərdədə çağırışa gedən təcili yardım maşınına hücum olunub.
Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının feldşeri Təranə Qasımova APA-ya bildirib ki, iyunun 12-si səhər saat 08:45-də çağırış əsasında Qaradəmirçi kəndinə gediblər: "Orada onkoloji xəstəlikdən əziyyət çəkən 65 yaşlı Asif Fətəliyevə ağrısıkəsici vurulmalıydı. Maşını saxlayan kimi tanımadığımız orta yaşlı şəxs əlində dəmir parçasıyla üstümüzə hücum etdi. Daha sonra təcili tibbi yardım avtomobilinin şüşələri sındırıldı. Bu zaman mən, digər feldşer Rəfiqə Abdullayeva, sürücü Zaur İbrahimov şüşə parçalarının ətrafa səpələnməsi nəticəsində müxtəlif xəsarətlər almışıq".
T. Qasımovanın sözlərinə görə, çağırış yerində öyrəniblər ki, xəstə A.Fətəliyev dünyasını dəyişib. Onlara hücum edən şəxsin də mərhumun oğlu olduğu güman edilir. T.Qasımova onu da əlavə edib ki, hazırda iş başındadırlar.
Oxşar yazılar

Serial təcavüzkar və qatil 57 illik axtarışlardan sonra həbs edildi
1 iyul 2025 , 15:13
Azər Zahid ev dustaqlığına buraxıldı
1 iyul 2025 , 14:58Kinostudiyadakı partlayışla bağlı birgə MƏLUMAT
1 iyul 2025 , 14:52“Sputnik Azərbaycan” işinə görə cinayət işi başladı, həbs edilənlər var - RƏSMİ
1 iyul 2025 , 14:15
Şirvan kanalında batan 91 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 13:53
Yekaterinburqdakı azərbaycanlıların öldürülməsi və işgəncəyə məruz qalmaları ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
1 iyul 2025 , 12:55
Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb -FOTOLENT -VİDEO
1 iyul 2025 , 12:53
Yekaterinburqda öldürülən Ziyəddinin qabırğalarından biri tapılmayıb - RƏSMİ
1 iyul 2025 , 11:51