Super Analar - FOTO
10 İyun 2019-cu il tarixində Xəyal adasında “Super Sun” yağ markasının təşkilatçılığı ilə hazırlanan “Super Analar” layihəsinin açılış mərasimi keçirilib.
Yenilikləri və sosial layihələri ilə daim seçilən “Super Sun” markası bu dəfə mətbəxlərimizə hər kəsin sevərək izlədiyi bloggerlərlə birlikdə gələcək.
Layihə zamanı bloggerlik fəaliyyətləri ilə sevilən məşhur simalar mətbəxdə müxtəlif yeməklər və şirniyyatlar hazırlayaraq, xüsusi reseptlərini
“Super Sun” markasının sosial media kanallarının izləyiciləri ilə paylaşacaq.
Sadəcə yemək hazırlamaqla kifayətlənməyən #SuperAnalar eyni zamanda mətbəxdə tətbiq etdikləri praktik üsulları, kiçik mətbəx sirlərini, uşaqlara yeməyi sevdirməyin yollarını və s. məlumatları da təqdim edəcəklər. “Super Sun” yağı özünəməxsus təamı ilə bütün yeməklərə və şirniyyatlara mükəmməl yaraşdığı üçün illərdir mətbəxlərimizin əvəzedilməz üzvüdür.
Əziz xanımlar, “Super Sun” markasının Youtube, Facebook və Instagram kanalları vasitəsilə “Super Analar” layihəsini izləyərək həm yeni praktik məlumatlar öyrənə, həm də ailəniz üçün sevilən ləzzətli yeməklər hazırlaya bilərsiniz. Anaların hazırladığı yeməklərin və şirniyyatların reseptləri eyni zamanda www.neyeyek.az saytında yerləşdiriləcək.
www.neyeyek.az saytında Siz dünya mətbəxlərinə məxsus maraqlı və dadlı yemək reseptləri əldə edə, günün fərqli saatlarına uyğun asan hazırlanan, faydalı və ləzzətli reseptlər öyrənə bilərsiniz. Saytın digər üstünlüyü isə burada hər kəsin qeydiyyatdan keçərək reseptlərini paylaşa bilməsi və paylaşdığı reseptlərlə yarışmalarda qalib olmaq şansı qazanmasıdır.
Qeyd etmək istərdik ki, “Super Analar” layihəsi mütəmadi şəkildə yeni və fərqli konseptlərlə qarşınıza gələcək.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48