“Fuad Abbasovu deportasiya edirlərsə, demək ki, qanunları pozub” - Deputat
07 iyun 2019 19:15 (UTC +04:00)

“Fuad Abbasovu deportasiya edirlərsə, demək ki, qanunları pozub” - Deputat

“Fuad Abbasovla bağlı Rusiyanın aidiyyəti orqanlarına müraciət etməmişəm”. 
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Rus İcmasının sədri, Milli Məclisinin deputatı Mixail Zabelin deyib.
 
M.Zabelin bildirib ki, F.Abbasovun jurnalist fəaliyyətinə yaxşı bələd deyil: “O, çox aktiv olub, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarını müdafiə edib. Fuad Abbasovu bir dəfə Moskvada, konfransda görmüşəm. Onun Azərbaycanla bağlı çıxışını bəyəndim”. 
 
M.Zabelin F.Abbasovla bağlı hadisələrdə rəsmi olaraq nələrin baş verdiyindən xəbərsiz olduğunu deyib:  “Axı onu mühakimə etməyiblər, deportasiya edirlər. Onun deportasiya edilməsinin səbəbləri araşdırılmalıdır. Əgər onu deportasiya edirlərsə, demək ki, o qanunları pozub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933

Oxşar yazılar