
Azərbaycanda qaraçıların uşaq oğurlamasına rast gəlinməyib - Dövlət Komitəsi
“Bu günə qədər Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurlanmasına rast gəlinməyib”.
Bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev deyib.
Onun sözlərinə görə, uşaqların qaraçılar tərəfindən oğurlanaraq uşaq əməyinə və ya hansısa fəaliyyət növünə cəlb edilməsi ilə bağlı Dövlət Komitəsinə hər hansı müraciət daxil olmayıb.
P.Əliyev bildirib ki, Dövlət Komitəsi tərəfindən qaraçılarla bağlı dəfələrlə tədqiqat-araşdırma aparılıb: “Biz onların kompakt yaşadıqları yerlərdə də monitorinq aparmışıq. Qaraçı ailələrində olan uşaqlar onlar tərəfindən dünyaya gətirilən uşaqlardır. Monitorinqlərimiz zamanı da qaraçı ailələrində kənardan götürülmə uşaqlara rast gəlinməyib”.
Dövlət Komitəsinin rəsmisi onu da vurğulayıb ki, 3 yaşlı Zəhra Bağırzadənin qaraçılar tərəfindən qaçırılması hələ rəsmi təsdiqini tapmayıb, bu, ilkin ehtimaldır: “Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırma tam başa çatdıqdan sonra hər şey məlum olacaq”.
Xatırladaq ki, iyunun 4-də evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan 3 yaşlı Z. Bağırzadə ötən gün tapılaraq ailəsinə verilib. Z. Bağırzadəni Masallı rayon sakini Təzəgül Nəzərovanın qaçırdığı məlum olub.
Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44
Sabah çimərliklərə getməyə hazırlaşanlara XƏBƏRDARLIQ: Güclü külək əsəcək
3 iyul 2025 , 17:31