304
08:59
06 İyun 2019

Rusiya XİN: Moskva-Bakı-Tehran formatı öz aktiv fəaliyyətini davam etdirir

Rusiya və Azərbaycan arasında müxtəlif səviyyələrdə və fərqli formatlarda intensiv siyasi dialoq aparılır.

APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

"Bu, təkcə ikitərəfli formatlar və beynəlxalq meydançalaradaəməkdaşlıq deyil. Misal Rusiya-Azərbaycan-İran prezidentlərinin görüş formatıdır. Bu formatda iş davam edəcək. Bizim fəaliyyət funksiyamıza aid olmadığına görə mən bunun elanını verə bilmərəm. Lakin demək istəyirəm ki, bu format öz aktiv fəaliyyətini davam etdirir", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

M.Zaxarova gələcək görüşlərin substantiv olması üçün iş aparıldığını da söyləyib: "Ötən ilin sonunda Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıda olub. Bu ilin aprel ayında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iki dəfə Moskvada olub. Diplomatlarımız arasında işgüzar səviyyədə təmaslar dəstəklənir. Biz müntəzəm olaraq xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsi təcrübəsinin davam etdirilməsində qərarlıyıq.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıqla bağlı hökumətlərarası komissiya intensiv işləyir.Müvafiq nazirliklər arasında nümayəndə heyətləri mübadiləsi və videokonfranslar rejimində müntəzəm məsləhətləşmələr aparılır".