
Azərbaycan saytlarına edilən fişinq hücumların sayı ARTIB
Azərbaycanın ".az" domenində qeydiyyatdan keçən saytlardan hər 42-si nəticə etibarı ilə bir uğurlu fişinq hücuma məruz qalır. ONA-nın xəbərinə görə, bu barədə "Netcraft" analitik şirkəti məlumat yayıb.
Qeyd edək ki, bu günə ".az" domenində qeydiyyatdan keçən saytların sayı 32 384 ədəd təşkil edir. Şirkətin məlumatına əsasən may ayı ərzində saytların 771-i fişinq hücumuna məruz qalıb ki, bu rəqəm milli domendə qeydiyyatdan keçən saytların 2,4%-ni təşkil edir.
May ayında qeydə alınan fişinq hücumlarının sayı aprel ayının göstəricisini 12 dəfədən artıq üstələyir.
"Netcraft"ın məlumatına görə, Ukraynada hər 292, Özbəkistanda – 1078, Rusiyada – 521, Qırğızıstanda – 709, Belarusda – 766, Qazaxıstanda – 913, Gürcüstanda – 238, Ermənistanda isə 476 sayta bir uğurlu fişinq hücumu düşür.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31