"Eurovision" qalibi Nigar Camal "Я в твоём плену" adlı klipinə təqdimat mərasimi keçirilib.
Lent.az xəbər verir ki, müğənni təqdimat zamanı söyləyib ki, çəkilişlər bir gün ərzində Ukraynanın paytaxtında reallaşıb: "Çəkilişlərdə suda olduğum səhnələr var. Orada suyun tempraturu aşağı idi deyə, bir az çətinlik oldu. Bir də bədənimin rəngləndiyi yerlər var idi. Sonradan rəngləri çıxarmaü xeyli vaxt apardı".
Camal bildirib ki, hər zaman keyfiyyətli işlər təqdim edir: "Bilirsiniz hazırda yaxşı mahnı tapmaq çətin məsələdir, mən də keyfiyyətli iş təqdim etmək istəyirəm".
Qeyd edək ki, sözləri Fərid Pənahova, musiqisi Flaminque Recordsa aid mahnını ukraynalı rejissor Aleks Lamakh ekranlaşdırıb. Ekran işinin qiyməti 45 min manatdır.