199
17:08
29 May 2019

Latın Amerikası Festivalı Bakı metrosundan başlanacaq

Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq və təbliğ etmək məqsədilə region ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi ilə may ayının 30-dan iyunun 9-dək Bakıda “Latın Amerikası Festivalı” keçiriləcək. Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və s. tədbirləri keçiriləcək.
Bu barədə Lent.az -a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib. Vverilən məlumata görə festivalın ilk açılışı Bakı metropolitenində olacaq.
Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və s. tədbirləri keçiriləcək.
Mayın 30-da saat 17:00-da stansiyanın vestibülündə metro sərnişinlərinə ilk dəfə Latın Amerikası xalqlarının musiqi nömrələri təqdim olunacaq. Konsert proqramına “Avroviziya-2017” müsabiqəsində “Skeletons” mahnısı ilə Azərbaycanı təmsil etmiş Diana Hacıyevanın braziliyalı musiqiçi, tədbirin əsas təşkilatçısı Klaudio Franko ilə yaratdıqları “Brazilidad” qrupunun çıxışı təqdim olunacaq. Zəngin musiqi proqramına müxtəlif maraqlı parçalar daxil edilib.
Həmçinin iyunun 5-də saat 17:00-da “İçərişəhər” metrostansiyasının vestibülündə braziliyalı gitaraçı, müğənni, bəstəkar, musiqi prodüseri Qleyson Tulionun konserti keçiriləcək. Əfsanəvi “Bitlz” qrupunun yaradıcılığı musiqiçiyə böyük təsir göstərib və o, Braziliya milli koloritini də əlavə etməklə ecazkar kompozisiyalar yaradıb. Tulio müxtəlif beynəlxalq musiqi festival və konsertlərinin iştirakçısı kimi tanınıb.
Qeyd edək ki, festivala Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi dəstək verir.