![[b]İngilis və fransız deputatlardan ÇAĞIRIŞ: "Bakıya gəlin..."[/b]](https://lent.az/storage/news/2019/may/29/big/6636734e89b1b5cea5f9b17956af8321.jpg)
[b]İngilis və fransız deputatlardan ÇAĞIRIŞ: "Bakıya gəlin..."[/b]
“Mən Azərbaycana gələndə təhlükəsizliklə bağlı narahat idim. Amma gördüm ki, Azərbaycan həddən artıq təhlükəsiz ölkədir”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda iştirak edən Avropa Parlamentinin İngiltərədən olan üzvü Netan Gill bildirib.
N.Gill nəzərə çatdırıb ki, Bakı küçələrində çox rahat gəzir: “Mən bilmirdim ki, Azərbaycan iqtisadi cəhətdən nə qədər inkişaf etmiş ölkədir. Küçədə mən çox rahat gəzirdim. Mən ailələrin dünən Respublika Günündə necə rahat gəzdiyini görürdüm. Azərbaycan turistlər üçün rahat ölkədir”.
N.Gill Avropa Parlamentində gördükləri barədə məlumat verəcəyini də deyib: “Siz insanları ermənilər üçün lobbiçilik etməkdən dayandıra bilməzsiniz. Ancaq siz insanlara həqiqəti göstərərək, yalanlara qarşı mübarizə apara bilərsiniz”.
Fransa Parlamentinin üzvü Jan-Lük Reytser isə deyib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir: “Azərbaycanın Rusiya və İranla sərhədləri nəzərə alınsa, Azərbaycanın müstəqil siyasəti məni valeh edir. Azərbaycan inkişaf etməklə yanaşı, müstəqilliyini qoruyub. Azərbaycandakı tolerantlıq da məni ruhlandırır. Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi bir ölkədir. Biz Azərbaycanla müqayisədə Parisdə daha çox başı örtülü qadınlara rast gəlirik. Azərbaycanda etnik azlıqlar sərbəst yaşayır. Bəziləri deyir ki. Azərbaycanda demokratiya tam deyil. Hansı ölkədə demokratiya tamdır? Fransada da demokratiya tam bərqərar olmayıb. Ona görə də insanlara deyirəm ki, Bakıya gəlin, müşahidə edin. Azərbaycana gəlməklə reallıqları görəcəksiniz”.
Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov Bakıda Avropa Oyunlarının açılışında erməni komandasının iştirak etdiyini xatırladıb: “Bu gün bacı-qardaş erməni gimnastlar Bakıdadır, yarışda iştirak edirlər. Mxitaryan məsələsi erməni təbliğatının nəticəsidir. Mxitaryan güclü oyunçu olsa da, son dövrlər heç əsas heyətdə də iştirak etmir”.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45