![[b]Müsavat aksiyasına 220, Milli Şura isə 330 nəfər toplaya bilib[/b]](https://lent.az/storage/news/2019/may/28/big/2d8dbbdf3def1b1be7b81b8e10904e57.jpg)
[b]Müsavat aksiyasına 220, Milli Şura isə 330 nəfər toplaya bilib[/b]
0
0
Bu gün Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər.
Qeyd edək ki, hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib.
Abşeron Rayon Polis İdarəsindən ONA-ya verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.
0
0