
Prezident Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
0
0
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
0
0