[b]İsmayıllıda iki azyaşlını it dişləyib - Biri əməliyyat olundu[/b]
22 may 2019 16:45 (UTC +04:00)

[b]İsmayıllıda iki azyaşlını it dişləyib - Biri əməliyyat olundu[/b]

İsmayıllıda iki azyaşlını it dişləyib.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, rayonun Xanagah kəndində yaşayan 2014-cü il təvəllüdlü Ələkbərov Əli Rafael oğlu qonşunun itinin hücumuna məruz qalıb. İt uşağın çanaq nahiyyəsini, əl və ayağını dişləyib. Azyaşlı xəstəxanaya çatdırılıb, əməliyyat olunub. 
 
Rayonun Xankəndi kəndində yaşayan 2015-ci il təvəllüdlü Adıgözəlova Aylin Murad qızı isə həyətdə oynayarkən sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşaq qol və baş nahiyyəsindən xəsarət alıb. 
 
Hər iki uşaq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1660

Oxşar yazılar