[b]Xərçəng olan "Toppuş bacı" aparıcılığa başladı - <span style="color:red;">VİDEO  [/b]
21 may 2019 13:30 (UTC +04:00)

[b]Xərçəng olan "Toppuş bacı" aparıcılığa başladı - VİDEO [/b]

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən əməkdar artist Tünzalə Əliyeva aparıcılığa başlayıb. Lent.az-ın məlumatına görə, “Toppuş bacı”  “Space” TV-nin “Hər səhər” verilişində aparıcılıq edib. Ağzına maska taxan aktrisa bildirib ki, xəstəliyi ona əngəl deyil.

 

Xatırladaq ki, aktrisa bundan öncəki açıqlamasında bu sözləri demişdi: “Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastaz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 kimyaterapiya alacam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam, amma inanıram ki, yaxşı olacaq. Zəhram çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmənnasız ediləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524

Oxşar yazılar