![[b]Əməkdar artistimiz ULDUZ SƏFİR oldu[/b]](https://lent.az/storage/news/2019/may/16/big/e0d3e5bcf71e6e368d19837dbfdd3869.jpg)
[b]Əməkdar artistimiz ULDUZ SƏFİR oldu[/b]
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının daha bir ulduz səfirinin adı açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, əməkdar artist, müğənni Miri Yusif sentyabrın 16-22-da baş tutacaq mundialda bu funksiyanı yerinə yetirəcək.
Hit mahnıların müəllifi dünya çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.
Qeyd edək ki, mundialın digər ulduz səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (Atlanta-1996), sabiq gimnast Yana Batırşinadır.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06