![[b]“İqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır” - Prezident[/b]](https://lent.az/storage/news/2019/april/30/big/19a2e9bcafbc60e040237a1830647940.jpg)
[b]“İqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır” - Prezident[/b]
“Hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlanır”.
ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı deyib ki, ölkədə aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Prezident İlham Əliyev ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışıb: “Son 15 ildə ölkədə 2 milyon yeni iş yeri yaradılıb, əhalinin sayı 10 milyona çatıb. Bu da qarşıda yeni vəzifələr qoyub. Bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq”.
Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən dövlət başçısı Azərbaycan vətəndaşlarını əmin edib ki, dövlət hər zaman onların yanında olacaq.
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48