
Azərbaycanda "Bitcoin" səfirliyi açılacaq
Azərbaycanda "Bitcoin" səfirliyi ("Bitcoin Embassy Azerbaijan") açılacaq. Bunu ONA-ya layihə rəhbəri Səbinə Məmmədli deyib.
Onun sözlərinə görə, hazırda qeyd olunan məsələyə dair ADA Universiteti ilə danışıqlar aparılır.
"Layihənin nə zaman start veriləcəyi danışıqların nəticəsindən asılı olacaq. Layihənin icrası ilə bağlı həmçinin "Cisco" şirkəti ilə də danışıqlar aparılır. Qeyd edim ki, hazırda "Bitcoin Embassy" qonşu Gürcüstanda fəaliyyət göstərir. Bizim bu ölkədən olan tərəfdaşlarımızın təşəbbüsü ondan ibarətdir ki, Azərbaycanda da "Bitcoin" səfirliyi fəaliyyət göstərsin. Təklif "blockchain" sahəsi üzrə mütəxəssislər tərəfindən universitetin informasiya texnologiyaları fakültəsində təhsil alan tələbələrə blockchain mövzusunda tədrisin təşkil edilməsindən ibarətdir. "Bitcoin Embassy"nin fəaliyyəti həmçinin konfransların, görüşlərin, leksiyaların təşkili, eləcə də "blockchain" sahəsində fəaliyyət göstərən startaplara dəstək verilməsindən və təcrübə mübadiləsindən ibarət olacaq", - deyə S. Məmmədli qeyd edib.
Layihə rəhbəri onu da bildirib ki, Gürcüstanın "Bitcoin" səfirliyi ("Bitcoin Embassy Georgia") hazırda bu təşəbbüsü bir çox MDB ölkələrində həyata keçirir.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06