
Elmar Məmmədyarov Argentina Parlamentinin rəhbəri ilə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilə görüşüb.
ONA xəbər verir ki, görüşdə Emilio Monzo səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini və Milli Məclisin sədri ilə görüşün keçirildiyinə istinad edərək, iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından çox faydalı müzakirələrin aparıldığını vurğulayıb.
Görüş zamanı Azərbaycan ilə Argentina arasında olan əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub.
Tərəflər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini xüsusilə vurğulayıblar.
Nazir Elmar Məmmədyarov 2019-cu ilin mart ayında Argentinaya səfərini qeyd edərək səfər çərçivəsində keçirilmiş faydalı görüşləri və bir çox sahələr üzrə inkişaf etməkdə olan ikitərəfli münasibətləri qeyd edib.
Ölkələr arasında əlaqələrin inkişafı baxımından parlament diplomatiyasının önəmli rol oynadığı qarşı tərəfin diqqətinə çatdıran nazir Elmar Məmmədyarov bu səfərin iki ölkə arasında olan münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Emilio Monzo nazir Elmar Məmmədyarovun Argentinaya son səfərini və onunla keçirilmiş görüşü məmnunluqla xatırlayıb və hazırkı səfərinin Azərbaycanı daha yaxından tanımaq üçün əlverişli imkan yaratdığını qeyd edib.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16