
Depressiyadan əziyyət çəkən aktrisa intihar etdi
0
0
Kanadalı model və aktrisa Stefani Şerk intihar edib. Bu haqda onu əri Demian Bişir İnstaqramda yazıb.
"Bu, bizim həyatımızın ən kədərli dövrüdür. Bu acını necə atlatacağımızı bilmirəm", - deyə o yazıb.
37 yaşlı aktrisanı ailəsi bir neçə gün öncə huşsuz halda hovuzda tapıb. 8 gün klinikada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Şerkin intihar etdiyi bildirilir. O, uzun müddətdir ki, depressiyadan əziyyət çəkirmiş.
Stefani Şerk "Körpü", "Telenovella" kimi məşhur seriallarda çəkilib (axşam.az).
0
0