![[b]Moskvada Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi olacaq[/b]](https://lent.az/storage/news/2019/april/18/big/edba023420b20b356401018804148514.jpg)
[b]Moskvada Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi olacaq[/b]
0
0
ATƏT-in baş katibi Tomas Qreminger və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparacaqlar.
ONA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici işlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O bildirib ki, tərəflər aprelin 24-də Moskvada görüşəcəklər. Tomas Qreminger 8–ci Beynəlxalq Təhlükəsizlik üzrə Moskva konfransında iştirak etmək üçün Rusiyaya səfər edəcək.
0
0