1730
10:31
04 Aprel 2019

Boşanan müğənnimiz: "Bu xəstəliyə görə övladımı məndən gizlədirlər" - VİDEO

Müğənni Emil Rəhmanov övladını görə bilməməyinin əsl səbəbini açıqlayıb.

Lent.az -a açıqlama verən ifaçı bildirib ki, zərərli vərdişlərdən istifadə etdiyinə görə, keçmiş xanımı övladını ona göstərmir: “Övladımı qucağıma almaq, onunla oynamaq, qayğısını çəkmək istəyirəm. Bütün valideynlər kimi yaşamaq istəyirəm. Övladımdan gizlənə-gizlənə yaşamaq istəmirəm. Lakin məlum xəstəliyə görə, övladımı mənə göstərmək istəmirlər. Yaşım az deyil, səhv edib bu yola düşdüm. Amma yenidən düz yola qayıtmaq istəyirəm. Bu xəstəliyə görə bütün dostlarım məndən uzaqlaşdı. Ölmək istəmirəm, kömək olsunlar”.

Qeyd edək ki, E.Rəhmanov övladını sonuncu dəfə həbsdə olan zaman görüb. Müğənni bir neçə ildir ki, övladını görə bilmir.