![[b]"Milli Şuraya birgə mitinq keçirməyi təklif etmişik, lakin..." - Gülağa Aslanlı[/b]](https://lent.az/storage/news/2019/march/28/big/a8fcfbb81d6ab3cd9c9ca72242b1ce26.jpg)
[b]"Milli Şuraya birgə mitinq keçirməyi təklif etmişik, lakin..." - Gülağa Aslanlı[/b]
“Aprelin 7-də kütləvi tədbir keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ilk olaraq Müsavat Partiyası müraciət edib. Milli Şuranın aprelin 6-na mitinq təyin etməsinin səbəblərini isə mən bilmirəm. Bu məsələni yəqin ki, bu gün müzakirə edib dəqiqləşdirəcəyik”.
Bu sözləri ONA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
Gülağa Aslanlı “müxalifət niyə birlikdə mitinq keçirə bilmir” sualına isə belə cavab verib: “Hər bir siyasi təşkilatın sərbəst qərar vermək hüququ var. Biz öz qərarlarımızı düzgün hesab edirik. Milli Şura da ayrıca mitinq keçirmək barədə qərar qəbul edirsə, düşüncələrində bir şeylər var. Biz mitinqlərin birgə keçirilməsində maraqlıyıq. Hətta dəfələrlə Müsavat Partiyası tərəfindən Milli Şuraya birgə mitinq keçirmək barədə təkliflər edilib. Biz bunu istəyirik. Amma hələ ki, hər dəfə də buna nail ola bilmirik”.
O bildirib ki, Milli Şuranın aprelin 6-na, Müsavat Partiyasının aprelin 7-nə mitinq təyin etməsinin müxtəlif tərəfləri var: “Bir daha qeyd edirəm ki, mitinqə görə ilk müraciəti biz etmişik. Niyə bir gündən bir mitinq təyin edilməsi, bunun müxalifətin elektoratına zərbə vuracağı ilə bağlı fikirləri mitinqə icazə veriləndən sonra şərh etmək olar. Hələ ki, mitinqlə bağlı məsələ məktub səviyyəsindədir. Mitinqə icazə verilmədiyinə görə bu barədə danışmaq hələ tezdir”.
Qeyd edək ki, Milli Şuranın aprelin 6-na, Müsavat Partiyasının isə aprelin 7-nə təyin etdiyi mitinqlərin şüarları və tələblər oxşardır.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13