![[b]Problemli kreditlərlə bağlı YENİ MODEL[/b]](https://lent.az/storage/news/2019/march/14/big/d3a11cfac61d57d3edb286ce10739af7.jpg)
[b]Problemli kreditlərlə bağlı YENİ MODEL[/b]
Azərbaycanda problemli kreditlərlə bağlı qaydalar artıq hazırdır və yaxın günlərdə təsdiqlənəcək. Həmin qaydalarda həm vətəndaşlara məbləğin qaytarılması prosedurları, həm də banklar və müştərilər arasındakı münasibətlər öz əksini tapıb. Bunu ONA-ya açıqlamasında Azərbaycan Banklar Assosiasiyanın sədri Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, qaydalarda bütün lazımi məsələlər əks olunub: “Bu günlərdə sözügedən qaydalar öz təsdiqini tapacaq. Bu qaydalarda xarici təcrübədən faydalanmayıb. Azərbaycan modeli desək, yanılmarıq. Belə bir format heç bir ölkədə tətbiq olunmayıb. Hesab edirik ki, bu, ən uğurlu modellərdən biri olacaq”.
Z.Nuriyev onu da bildirib ki, banklara borcu olan şəxslərin sayı əhəmiyyətli dərəcədə azalacaq və yeni restrukturizasiya şərtləri müştərilərə daha uzun müddətə öz borclarını ödəməyə imkan yaradacaq.
“Banklara 0,1%-lə veriləcək kreditlər və müştərilərə ödənilmiş kompensasiyaların bir qismi banklarda müştərilərin vaxtı keçmiş kreditlərinə sərf edildiyi üçün banklarda izafi likvidliyi formalaşdıracaq. Manatda formalaşacaq bu izafi likvidlik imkan verəcək ki, banklar öz kredit faizlərini aşağı salsınlar və vətəndaşlara daha uzun müddətə kredit versinlər. Hesab edirik ki, bu fərmandan ilk növbədə vətəndaşlarımız və eyni zamanda bank sektoru yararlanmış olacaq”, - deyə Z.Nuriyev əlavə edib.
Oxşar yazılar

"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24