![[b]"Qəbuledilməzdir" - İran səfirliyindən ermənilərin özbaşınalığı ilə bağlı bəyanat[/b]](https://lent.az/storage/news/2019/march/04/big/e1e873fdd480a0502e8ce04f6e61d29b.jpg)
[b]"Qəbuledilməzdir" - İran səfirliyindən ermənilərin özbaşınalığı ilə bağlı bəyanat[/b]
İranın dövlət rəsmiləri Ermənistanın baş naziri Nikol Paşinyan ilə Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir.
ONA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, İran müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olub. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu siyasətini dəyişməyəcək: “Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq.
İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45