187
12:36
27 Fevral 2019

Paşinyan İrana gedib

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan İran İslam Respublikasına rəsmi səfərə gəlib.

ONA İRNA agentliyinə istinadən xəbər verir ki, səfərdə baş nazirin xanımı da iştirak edir.

N.Paşinyanı İran prezidenti Həsən Ruhani qəbul edib. Görüşdə İran və Ermənistan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafı əsas müzakirə mövzusu olub.

Bu gün axşam isə N.Paşinyan Tehranın erməni icmasının nümayəndələri ilə görüşəcək.