63
13:20
20 İyul 2018

Prezident İlham Əliyev Fransada görüşlər keçirib - YENİLƏNİB

İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb.
Lent.az -ın AZƏRTAC-a istinadən xəbərinə görə, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olundu. Patrik Lölo bildirdi ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.
Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

***

11:05

Prezident İlham Əliyev Fransada Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

Lent.az -ın AzərTAc- istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

Bundan başqa dövlət başçısı İlham Əliyev "Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi və "Iveco France" şirkətinin prezidenti, “Iveco Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.