110
21:49
19 İyul 2018

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

APA -nın məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılıb.

“Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.