225
13:41
11 İyul 2018

Azərbaycanlı müğənni qızı üçün məclis qurdu - FOTOLAR

Azərbaycanlı müğənni Emil Bədəlov qızı Zeynəbin 1 yaşını təmtəraqlı şəkildə qeyd edib. Lent.az -ın məlumatına görə, paytaxt məkanlarının birində keçirilən məclisə ifaçının yaxın dostları təşrif buyurub. Məclisə dəvət olunan şou-biznes nümayəndələri doğum günündən fotoları sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Emil xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəlidir. Cütlüyün 5 yaşında Səadət adlı qız övladı da var.