Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Monitorinq Komitəsinin iclasında rumıniyalı Sezar Florin Predanın yerinə Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub.
Komitənin iclasında Rger Gale Azərbaycan üzrə yeni həmməruzəçi seçilib.
O, həmçinin monitorinq komitəsinin sədridir.
Digər həmməruzəçi isə avstryalı Stefan Şennak olaraq qalır.
Qeyd edək ki, bundan əvvəlki həmməruzəçi, rumıniyalı parlamentar Sezar Florin Predaya qarşı AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi tərəfindən bu ilin mayında sanksiya tətbiq olunub.
Onun adı korrupsiya əməllərində hallanır.
Preda bu səbəbdən Azərbaycan üzrə həmməruzəçilikdən kənarlaşdırılıb.
Sanksiya 2 il ərzində qüvvədə olacaq.