204
13:53
27 İyun 2018

"Qısa ətək də, şortik də geyinirəm" - Elza Seyidcahan - VİDEO

Əməkdar artisti Elza Seyidcahan “Səhər-səhər” verilişində “İctimai yerdə necə geyinmək lazımdır” mövzusuna münasibət bildirib. Lent.az -ın məlumatına görə, ifaçı bildirib ki, hər yerin öz geyim qaydası var: “Tələbə vaxtı Alim Qasımovun evinə getmişdim. Fikirləşdim ki, onlar yerdə otururlar. Mən də uzun ətək geyindim ki, rahat olum. Geyim axı insanın daxili kökündən, sənətindən xəbər verir".

Alim müəllim dedi ki, anam deyir ki, ay Alim, bu nə yaxşı qızdır, nə uzun tumanı var. Mənim geyimim belə deyil. Mən şalvar da, qısa ətək də, şortik də geyinirəm. Amma hər yerin öz geyimi var”.