![[b]"Azərbaycanla bağlı bir neçə ciddi məsələ müzakirə ediləcək" - Səməd Seyidov[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]"Azərbaycanla bağlı bir neçə ciddi məsələ müzakirə ediləcək" - Səməd Seyidov[/b]
"AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı bir neçə ciddi məsələ müzakirə ediləcək".
APA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S.Seyidov deyib ki, AŞPA-nın sessiyasının ilk günündə Azərbaycanda prezident seçkiləri məsələsi müzakirə ediləcək: "Çox maraqlıdır ki, prezident seçkilərindən bir neçə ay sonra bu məsələ müzakirə edilir. Ancaq prezident seçkiləri neçə aydır yekunlaşıb və bu məsələni indi müzakirəyə salıblar. Prezident seçkiləri ilə bağlı Azərbaycan nümayəndə heyətinin çıxışı olacaq, biz öz mövqeyimizi bildirəcəyik. Bildiyiniz kimi, bir neçə müddət əvvəl BMT-də prezident seçkiləri müzakirə olundu".
S.Seyidov növbəti dəfə "siyasi məhbus" adı altında Azərbaycana təzyiq ehtimalının olduğunu bildirib: "O cümlədən bir məsələ də bizi çox ciddi narahat edir. Bu fürsətlərdən istifadə edərək sessiyada İnsan haqları üzrə komitədə siyasi məhbuslarla bağlı məruzəçinin yenidən təyin olunmasını gündəmə gətirmək istəyirlər. Düşünürəm ki, məruzəçinin təyinatı da konstruktiv yanaşma deyil. İstəyirlərsə, qoy təyin etsinlər, biz elə şeydən çəkinmirik", - deyə S. Seyidov əlavə edib.
Oxşar yazılar

Suriya prezidenti Azərbaycana gəldi - YENİLƏNİB
12 iyul 2025 , 12:51
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35